http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Sementin qiymətindəki artım nə ilə əlaqədardır? - AÇIQLAMA

02 Oktyabr 2023 , 12:11
Sementin qiymətindəki artım nə ilə əlaqədardır? - AÇIQLAMA

Sahibkarların sözlərinə görə, iki həftə bundan əvvələ qədər 1 kisəsi 7 manata satılan sement, indi artıq 7.40 manata təklif edilir. 

Sementin bahalaşmasının bir neçə gün ərzində digər mallara da təsir göstərəcəyi ehtimal olunur.

İqtisadi Forum" ekspert qrupu: Elçin Rəşidov: "Əmanətlərin Sığortalanması  Fondu yenidən təşkil edilməlidir"

İqtisadçı ekspert Elçin Rəşidov “Operativ Media”ya açıqlamasında qeyd edib ki, Azərbayan istehsalçıları qiymətləri kartel qaydasında qaldırıblar.

O bildirib ki, qonşu ölkələrdə sementin qiymətinin qalxması müşahidə olunmayıb və son iki-üç gündə Azərbaycan manatının qonşu ölkələrin valyuta kurslarına nisbətən məzənnəsinin dəyişməsi də baş verməyib.

“Bu o deməkdir ki, ölkədəki sement istehsalçıları qiymətləri birlikdə qaldırıblar. Biz bunu daha əvvəl taksi operator şirkətlərinin qiymətlərinin artımında müşahidə etdik. Eləcə də pambıq şirkətləri fermerlərdən pambığın alış qiymətlərini bərabər qoyur və dəyişəndə də  bərabər şərtlərdə dəyişirlər. Hərçənd kartel qaydası həm hüquqa, həm iqtisadi artıma, ölkənin dayanıqlı inkişafına, həm də digər sahibkarların maraqlarına ziddir. Hesab edirəm ki, bu məsələyə diqqət olmalıdır”.

Ekspert əlavə edib ki, sementin qiymətində olan dəyişiklik əsas təsiredici tikinti sektorudur və bu tikintinin maya dəyərinə təsir edə bilər. 

“Uzun müddətdir ki, tikintinin qiyməti daha çox onun maya dəyərindən çox ölkədəki tələbə görə müəyyən olunur. Tələbi artıran faktorlar, dəyişən, ümumiyyətlə, yaradan faktorlar həm ölkədə neft pullarının büdcəyə transferinin həcmidir, həm də ipoteka və s. kimi əsas sosial faktorlardır. Çünki sementin maya dəyərinin orada iştirakı böyükdür, amma mənzillərin qiymətində payı kiçikdir”.


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Milli Məclisin İntizam komissiyası formalaşdırılıb

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI

Tələbələrin köçürülməsi yekunlaşıb

Tələbələrin köçürülməsi yekunlaşıb

XƏBƏR LENTİ
  • 09:20

    Şamaxıda cibgirlik edən şəxslər saxlanılıblar
  • 09:17

    Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
  • 09:15

    AMB-nin bu günə olan valyuta məzənnələri
  • 09:12

    Azərbaycan nefti cüzi ucuzlaşıb
  • 09:11

    Azərbaycanla Çin arasında dəmiryolunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
  • 09:09

    "Barselona"nın qapıçısı əməliyyat olundu
  • 09:08

    Bakıda bu yollarda sıxlıq var - SİYAHI
  • 01:11

    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
    Türkiyənin hərbi rəhbərliyi Bakıya səfər edib
Menyu