“Azəriqaz” və KOBİA nümayəndəsinin iştirakı ilə Salyanda sahibkarlarla görüş təşkil olunacaq
Nərmin Qocamanlı
SOCAR-ın “Azəriqaz” İB və KOBİA nümayəndəsinin iştirakı ilə Salyan rayonunda “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüş təşkil olunacaq.
"Operativ Media" xəbər verir ki, aksiya Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” oktyabrın 3-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma