http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Batumidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

02 Oktyabr 2023 , 21:26
Batumidə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev 100: Firavanlığın memarı” adlı fotosərgi açılıb.

"Operativ Media" xəbər verir ki, sərginin açılışında Acarıstan Muxtar Respublikası Hökumətinin rəhbəri Tornike Rijvadze, hökumət və parlament üzvləri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, Batumidəki Baş konsul Pərviz İsmayılzadə və konsulluğun əməkdaşları, Türkiyənin Batumidəki Baş konsulu, diplomatlar, SOCAR-ın Batumidəki nümayəndəliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində açılan sərgidə Ümummilli Lider, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze və dünyanın tanınmış ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini əks etdirən fotolar, eləcə də böyük siyasi xadimə həsr olunmuş kitablar nümayiş etdirilir.

Sərgini ziyarət edənlər dünyamiqyaslı siyasi xadim, Ulu Öndər Heydər Əliyevin parlaq zəkası, onun təkcə Azərbaycan və Gürcüstan xalqlarının deyil, Cənubi Qafqazın və ümumilikdə Avropanın inkişafı naminə xidmətlərini qeyd ediblər.

Tornike Rijvadze jurnalistlərə müsahibəsində deyib ki, Batumidə Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərginin açılması bizim üçün çox qürurvericidir və mühüm əhəmiyyət kəsb edir.

OXŞAR XƏBƏRLƏR
AQTA ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq edib

AQTA ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq edib

Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb

Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb

Goranboyda qadın yanıq xəsarətləri alıb

Goranboyda qadın yanıq xəsarətləri alıb

XƏBƏR LENTİ
  • 10:08

    Türkiyə-Ermənistan Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır
  • 10:05

    Bakıda "Kalaşnikov” satmaq istəyən şəxs tutulub
  • 09:50

    AQTA ölkəyə qanunsuz yollarla gətirilən kökəldici dərmanla bağlı xəbərdarlıq edib
  • 09:23

    Gəncədə yol qəzası zamanı piyada xəsarət alıb
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
Menyu