"Tesla Model Y" elektrik avtomobili 2023-cü ilin avqustunda Avropa bazarında satış lideri olub.
"Operativ Media" xəbər verir ki, bu barədə "JATO Dynamics" tədqiqat şirkətinin hesabatında deyilir .
Ümumilikdə, yayın son ayı ərzində Aİ-də 21,5 min "Tesla Model Y" elektrik avtomobili satılıb, satışlar keçən ilin avqust ayı ilə müqayisədə 208% artıb . Model bu ilin ilk səkkiz ayında da 169,4 min ədəd nəticə ilə liderliyini davam etdirir .
Avqust ayı satışlarında "Peugeot 208" ikinci, "Volkswagen T-Roc" isə üçüncüdür. Daha sonra Fiat (Abarth) 500, Dacia Sandero, Volkswagen Golf, Opel (Vauxhall) Corsa, Renault Clio və Citroen C3 gəlir.
İlk onluğu 2022-ci ilin avqust ayı ilə müqayisədə satışları 307% artan Tesla Model 3 elektrik avtomobili tamamlayıb.
Satış həcminə görə marka sıralamasında Volskwagen , Toyota , BMW , Audi və Skoda ilk beşliyi təşkil edir.