Menyu

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır.

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya  verilən məlumata görə, , elektron sənəd qəbulu mərhələsi 5 – 12 oktyabr tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 5 oktyabr saat 11:00-dan 12 oktyabr saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqə ötən il ilk dəfə mərkəzləşdirilmiş qaydada həyata keçirilib. Cari tarixədək müsabiqə nəticələrinə əsasən 244 namizəd işlə təmin olunub. Hazırda məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsi üzrə 91 vakant yer mövcuddur.

Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş şəxslər iştirak edə bilərlər.

Teqlər:

"M\u0259kt\u0259b\u0259q\u0259d\u0259r t\u0259hsil m\u00fc\u0259ssis\u0259l\u0259rin\u0259 t\u0259rbiy\u0259\u00e7i-m\u00fc\u0259lliml\u0259rin i\u015f\u0259 q\u0259bulu \u00fczr\u0259 m\u00fcsabiq\u0259nin elektron s\u0259n\u0259d q\u0259bulu m\u0259rh\u0259l\u0259sin\u0259 ba\u015flan\u0131l\u0131r"

Əlaqəli Xəbərlər