04 Oktyabr 2023, 18:03
Bərdədə çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb (FOTO)
Bərdədə çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb (FOTO) şəkil
Bərdədə çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb (FOTO)

Bərdədə fəaliyyət göstərən “Tural” çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Bu barədə "Operativ Media" ya Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Daxil olan vətəndaş müraciəti əsasında Bərdə rayonu, Bərdə-Tərtər yolunda yerləşən, fiziki şəxs Cəmil Cabbar oğlu Cabbarova məxsus “Tural” çörək istehsalı müəssisəsində agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Baxış zamanı qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin normativlərə cavab vermədiyi aşkarlanıb, həmçinin müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən olunub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Son xəbərlər
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub