06 Oktyabr 2023, 13:10
Ovçuluqla bağlı qaydalar dəyişir
Ovçuluqla bağlı qaydalar dəyişir şəkil
Ovçuluqla bağlı qaydalar dəyişir

Milli Məclisin bu gün keçirilən iclasında “Ovçuluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

"Operativ Media" nın məlumatına görə, dəyişikliklər Azərbaycan Respublikasının ərazisində ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili, onların fəaliyyətinin effektli həyata keçirilməsi, ovçuluq fəaliyyəti ilə bağlı sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Qanunun 19.0-cı maddəsinə görə hər il üçün üzvü olduğu ovçular cəmiyyətinə üzvlük haqqını vaxtında ödəmədikdə ovçunun ov etmək hüququ dayandırılır. Ovçular cəmiyyətinə üzv olmaq məcburi olmadığına və ovçunun hüququ olduğuna görə qeyd olunan maddənin ləğv edilməsi təklif edilib.

 

Qanunun 19.0.8-ci maddəsinin “heyvanlar aləmi və ovçuluq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulan hallarda” redaksiyasında verilməsinin məqsədi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 64-cü maddəsindən irəli gələn tələblərdir.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Son xəbərlər
Bakıda binada partlayış baş verib
Azərbaycan cüdoçuları Berlində Avropa Kubokunda qüvvəsini sınayacaq
İlham Əliyevin Türkiyə səfərindən görüntülər - VİDEO
19 İyun 2025, 22:59
Yevlaxda 1 nəfər kanalda batıb
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb