Menyu

Tərtərdə 37 yaşlı şəxs minaya düşüb

Tərtərdə 37 yaşlı şəxs minaya düşüb
1 dəq oxu

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb.

O, dərhal xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər