Xaçmazda yük avtomobili yanıb - Xəsarət alan var
Xaçmazda “Qazel” markalı yük avtomobili yanıb.
FHN-dən "Operativ Media" ya verilən xəbərər görə, hadisə rayonun Ərəb kəndində baş verib.
Belə ki, ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 12 ton ot bağlamasının 8 tonu, yaxınlıqda dayanan “Qazel” markalı yük avtomobilinin kabinəsi və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Ot bağlamalarının, avtomobilin qalan hissəsi və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net