11 Oktyabr 2023, 16:52
Əhalinin banklardakı əmanətlərinin 63,7 faizi milli valyutada qoyulub
Əhalinin banklardakı əmanətlərinin 63,7 faizi milli valyutada qoyulub şəkil
Əhalinin banklardakı əmanətlərinin 63,7 faizi milli valyutada qoyulub

Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 15,9 faiz artaraq, 2023-cü il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 12 milyard 580,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, əmanətlərin 63,7 faizi milli, 36,3 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22,4 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 5,8 faiz artıb.

Sentyabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,82 (1,84) manata, 100 türk lirəsinə 6,30 (7,86) manata, 100 rus rubluna 1,76 (2,08) manata bərabər olub.

Son xəbərlər
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb