Menyu

Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaldıb - YENİLƏNİB

Nərmin Qocamanlı
Prezident İlham Əliyev Xocalı şəhərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaldıb - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

"Operativ Media" xəbər verir ki, sonra dövlətimizin başçısı şəhər ərazisinə baxış keçirdi.

Qeyd edək ki, Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olunub. Erməni işğalçıları Xocalıda Azərbaycan xalqına qarşı tarixin ən qanlı soyqırımlarından birini törədib. Bu soyqırımı nəticəsində 613 dinc sakin qətlə yetirilib.

Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.

***
15:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində və Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Teqlər:

"Prezident \u0130lham \u018fliyev Xocal\u0131 \u015f\u0259h\u0259rind\u0259 v\u0259 \u018fsg\u0259ran q\u0259s\u0259b\u0259sind\u0259 D\u00f6vl\u0259t Bayra\u011f\u0131n\u0131 ucald\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Fotogalereya

Əlaqəli Xəbərlər