Minalı əraziyə daxil olmaq istəyən 8 nəfər saxlanılıb
Minalı əraziyə daxil olmağa cəhd edən şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan "Operativ Media" ya bildirilib ki, Tərtər rayonundan digər istiqamət üzrə mina və insan həyatı üçün təhlükəli maddələrdən təmizlənməyən əraziyə daxil olmağa cəhd edən 8 nəfər DİN əməkdaşları tərəfindən müəyyən edilib.
Oktyabrın 15-də günün qaranlıq saatlarında təhlükəli əraziyə daxil olan şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.
Onlar barəsində müvafiq qaydada protokollar tərtib edilib. Tərtib edilən protokollara baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Teqlər:
"Minal\u0131 \u0259raziy\u0259 daxil olmaq ist\u0259y\u0259n 8 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"