“TikTok” məzmun istehsalçıları üçün pul qazanmağı asanlaşdırıb

Əziz Əzizli
“TikTok” məzmun istehsalçıları üçün pul qazanmağı asanlaşdırıb

Bu ilin əvvəlində “TikTok” istifadəçilərin populyar effektlərdən pul qazanması üçün “Effect Creator Rewards” proqramını aktiv edib. Bu proqram 6 milyon dollarlıq fond şəklində idi. Şirkət fondun imkanlarını artırdığını elan edib.

“Operativ Media” xəbər verir ki, əvvəl effekt yaradıcıları mükafat proqramından faydalanmaq üçün effektləri ən azı 500 000 “TikTok” videosunda istifadə etməli idilər. Artıq hər biri 1 000 dəfə istifadə edilən ən azı üç effekt olmaqla, yalnız beş effekt dərc etmələri lazımdır.

“Biz hər gün “TikTok”a sevinc, həyəcan və yaradıcılıq gətirən canlı effektlər yaradıcılarından ibarət icmamızı tanımaq və mükafatlandırmaq öhdəliyimizə sadiqik” – deyə şirkət açıqlamasında bildirib.

Bundan əlavə, şirkət yalnız uyğunlaşmaq üçün deyil, həm də ödəniş almaq üçün mövcud həddi aşağı salıb. Əvvəllər bir effekt dərc edildikdən sonra 90 gün ərzində 500 min dəfə istifadə edilməli idi. Amma indi yaradıcılar 200 min videodan pul qazana biləcəklər. Ödənişlər isə daha tez ediləcək.

Effekt yaradan şəxsin bir effektdən qazana biləcəyi ən çox məbləğ 14 min dollar, ümumilikdə bir şəxsin isə ayda qazana biləcəyi ən çox məbləğ 50 min dollardır. 

Proqram hazırda ABŞ, İngiltərə, Fransa, Almaniya, İspaniya daxil olmaqla 14 ölkədə aktivdir.

Sevinc İbrahimzadə

Digər xəbərlər