17 Oktyabr 2023, 16:43
202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edildi - RƏSMİ
202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edildi - RƏSMİ şəkil
202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edildi - RƏSMİ

Yeni dövlət qeydiyyatına alınan 202 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 48 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Tarif Şurasının iclasında bildirilib.

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qərarlar 20 oktyabr 2023-cü il tarixindən qüvvəyə minəcək.

Son xəbərlər
İran: Nüvə danışıqları mənasızlaşıb
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub