http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Azərbaycan Milli Məclisi İspaniya Senatının qərəzli bəyanatını pisləyib

18 Oktyabr 2023 , 19:57
Azərbaycan Milli Məclisi İspaniya Senatının qərəzli bəyanatını pisləyib

Milli Məclis İspaniya Senatının qərəzli bəyanatını pisləyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb.

Bəyanatda deyilir:

"İspaniya Senatının 17 oktyabr tarixli plenar iclasında qəbul etdiyi anti-Azərbaycan xarakterli bəyanat təəssüf doğurur. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, bu qərəzli və birtərəfli bəyanatı qətiyyətlə rədd edir və şiddətlə qınayırıq.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalına, 1 milyondan artıq soydaşımızın Ermənistanın etnik təmizləmə siyasəti ilə üzləşərək, öz doğma torpaqlarından didərgin salınmasına, şəhərlərimizin, kəndlərimizin dağıdılmasına, tarixi, mədəni və dini abidələrimizin yerlə-yeksan edilməsinə bu illər ərzində bir dəfə də olsun münasibət bildirməmiş İspaniya Senatının indi həqiqətdən uzaq iddialarla “ittihamçı” rolunda çıxış etməsi öz absurdluğu baxımından ciddi suallar doğurur.

İspaniya Senatının qəbul etdiyi bəyanatın mətni onun bölgədə mövcud olan reallıqlardan nə dərəcədə uzaq olduğunu, erməni lobbisinin dezinformasiyası üzərində qurulduğunu bariz şəkildə nümayiş etdirir.

İspaniya Senatına bəyan edirik ki, Azərbaycan dövlətinin həyata keçirdiyi anti-terror tədbirləri məhz regional sülh, təhlükəsizlik və sabitlik qarşısında dayanan ən böyük maneəni - aqressiv separatizmi aradan qaldırdı. Bu gün Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası, Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində tədbirləri uğurla davam etdirir. Bölgəyə səfər etmiş BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları da bunu təsdiq edir.

Digər bir düşündürücü hal isə bundan ibarətdir ki, nə qədər paradoksal olsa da, separatizmdən əziyyət çəkən İspaniya dövlətinin Senatı belə bir bəyanatı qəbul etməklə, ərazi bütövlüyü və suverenlik kimi prinsiplərə hörmətsizlik nümayiş etdirir, aqressiv separatizmə tam şəkildə dəstək göstərməklə, regionumuzda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində göstərilən səylərə mane olur.

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq, İspaniya Senatının bu bəyanatına qəti etirazımızı bildiririk".

OXŞAR XƏBƏRLƏR
Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Rusiya XİN BƏƏ səfirinin Xartumdakı iqamətgahına hücumu pisləyib

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

Ərdoğan: Biz heç vaxt zülmə razı ola bilmərik

XƏBƏR LENTİ
  • 07:38

    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
    Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib
  • 06:54

    ABŞ Yaxın Şərqdəki hərbi qüvvələrini artırır
  • 06:38

    “Hizbullah” hərbi əməliyyatlardan əvvəl İsrailin şimalına zərbələr endirib
  • 06:20

    Yaponiya hökuməti tam tərkibdə istefa verib
  • 06:08

    Orxan Məmmədov milli üzvləri ilə görüşdü
  • 05:41

    Kamçatkada zəlzələ olub
  • 00:20

    Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur
  • Dünən
    23:46

    İsrail ordusu Livan ərazisinə daxil olub
Menyu