Menyu

Etiraz aksiyasından sonra ABŞ-nin Adanadakı konsulluğu bağlanıb

Etiraz aksiyasından sonra ABŞ-nin Adanadakı konsulluğu bağlanıb

Qəzzada vəziyyətlə bağlı etirazlar və nümayişçilərin binaya hücumu ilə əlaqədar ABŞ Türkiyənin Adana şəhərində yerləşən konsulluğunun işini müvəqqəti dayandırmaq qərarına gəlib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Amerika diplomatik missiyasının saytında məlumat verilib.

"ABŞ-nin Adanadakı Konsulluğu növbəti bildiriş gələnə qədər ziyarətçilər üçün bağlı olacaq. ABŞ vətəndaşları bu ölkənin Ankaradakı səfirliyində görüşlərini başqa vaxta keçirə bilərlər", - konsulluğun açıqlamasında deyilir. 

Həmçinin qeyd edilib ki, növbəti bir neçə həftə ərzində bütün Türkiyədə İsrail və Qəzza zolağında baş verən hadisələrlə bağlı böyük nümayişlər gözlənilir.

Diplomatik missiya Türkiyədəki ABŞ hökumət işçilərinə hərəkəti minimuma endirməyi və Adana konsulluq dairəsinə getməməyi əmr edib.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər