19 Oktyabr 2023, 12:24
AYNA: “Biletim.az” portalından Naxçıvana onlayn bilet almaq mümkündür
AYNA: “Biletim.az” portalından Naxçıvana onlayn bilet almaq mümkündür şəkil
AYNA: “Biletim.az” portalından Naxçıvana onlayn bilet almaq mümkündür

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha bir məntəqə əlavə edilib.

"Operativ Media" xəbər verir ki, sərnişinlər artıq Bakıdan Naxçıvana onlayn bilet ala bilərlər.

Portala daxil edilən istiqamətlərin sayı hazırda 40-a çatıb. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 92-yə, nəqliyyat vasitələrinin sayı isə 223-ə çatdırılıb.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Son xəbərlər
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər