http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş nazir Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb

19 Oktyabr 2023 , 13:06
Baş nazir Türkiyənin ailə və sosial xidmətlər naziri ilə görüşüb

Bu gün baş nazir Əli Əsədov Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşla görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Ə.Əsədov Azərbaycanda sosial sahədə aparılan ardıcıl islahatlar, əhalinin rifah halının və sosial təminatının yaxşılaşdırılması, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən davamlı tədbirlər barədə məlumat verib.

Bununla yanaşı əhalinin dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması prioritet istiqamətlər kimi dəyərləndirilib.

Türkiyəli nazirin Bakıda Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Azərbaycan Qadınlarının 6-cı Qurultayında iştirakının əhəmiyyəti vurğulanıb.

Diqqətə çatdırılıb ki, 25 il əvvəl Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən Azərbaycan Qadınlarının 1-ci Qurultayı müasir dövrdə ölkəmizdə qadın hərəkatının əsası qoyub.

Vurğulanıb ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk dövlət olub. Azərbaycan dövlətinin bu gün qadın hüquqlarının təmin olunmasına xüsusi önəm verdiyi bildirilib. Ölkədə gender bərabərliyinin, qadınların sosial və ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsinə yönəlmiş siyasətin aparıldığı bildirilib.

Eyni zamanda, Azərbaycanda uşaq hüquqlarının təmin olunmasının da diqqət mərkəzində olduğu qeyd edildi. Ölkəmizdə uşaqların müdafiəsi üçün kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin bir istiqaməti də uşaq əməyinin istismarına qarşı mübarizəyə yönəlib. Ötən dövrdə ölkəmiz BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası da daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qoşulub.

Həmçinin, Azərbaycan ilə Türkiyə arasında ailə, qadın və uşaq problemləri sahəsində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğu vurğulanıb. Bu baxımdan ötən ilin noyabr ayında İstanbulda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə Fəaliyyət Planının imzalanmasının önəmi qeyd olunub, ötən dövr ərzində Fəaliyyət Planının icrası çərçivəsində görülən işlər təqdir edilib.

Eyni zamanda, dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi arasında imzalanmış 2024-2025-ci illər üzrə Fəaliyyət Planının əhəmiyyətinə toxunulub.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

DYP hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Bakıda arvadını boğaraq öldürməkdə şübhəli bilinən kişi saxlanılıb

Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 15:21

    Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb
  • 15:16

    "Sportinq"in baş məşqçisi komandada qalacaq
  • 15:09

    Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
  • 15:03

    Emin Əmrullayev: "Yüksək bal toplamış tələbələrə əlavə təqaüd veriləcək"
  • 15:00

    Mario Balotelli İtaliya millisi ilə AVRO-2024-də iştirak edə bilər
  • 14:44

    Yasamalda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutulub
  • 14:33

    AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq
  • 14:32

    Qubadlıda sümük fraqmenti aşkarlanıb
    Qubadlıda sümük fraqmenti aşkarlanıb
Menyu