Menyu

Paytaxt havasında dəm qazının miqdarı normadan yüksək olub

Paytaxt havasında dəm qazının miqdarı normadan yüksək olub

Paytaxt havasında dəm qazının miqdarı normadan yüksək olub.

Bu barədə T"Operativ Media" ya  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.2, Sumqayıt şəhərində isə azot-4 oksid 1.1 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

Teqlər:

"Paytaxt havas\u0131nda d\u0259m qaz\u0131n\u0131n miqdar\u0131 normadan y\u00fcks\u0259k olub"

Əlaqəli Xəbərlər