20 Oktyabr 2023, 15:13
Abşeronda “Kalaşnikov” satmaq istəyən şəxs tutulub
Abşeronda “Kalaşnikov” satmaq istəyən şəxs tutulub şəkil
Abşeronda “Kalaşnikov” satmaq istəyən şəxs tutulub

Abşeron rayonunda “Kalaşnikov” avtomatı satmaq istəyən şəxs saxlanılıb.

DİN-dən "Operativ Media" ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Digah qəsəbəsi sakini 1992-ci il təvəllüdlü Qasımbala Balayev saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 6 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb. Q.Balayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.
Faktla bağlı Polis Bölməsində toplanan material Abşeron Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.

Son xəbərlər
ABŞ-nin İsraildəki səfirliyi iyunun 20-dək bağlanıb
Makron: İranda rejimin hərbi yolla dəyişdirilməsi böyük səhv olar
Rusiyalı iş adamı İrəvanda saxlanılıb?
Rusiya XİN: Nüvə savaşına yaxınlaşırıq
İsrail təyyarələri İrana zərbə endirmək üçün havaya qalxıb
İranın sabiq prezidentinin ölümü ilə bağlı yayılan məlumatlar yalandır
Aİ Rusiya qazının kranını həmişəlik bağlayacaq
"Qarabağ" yeni transferini açıqladı