http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Milli Məclisdə Yeni Koledoniya nümayəndə heyəti ilə görüş - Fransanın müstəmləkəçilik siyasəti pisləndi

21 Oktyabr 2023 , 11:02
Milli Məclisdə Yeni Koledoniya nümayəndə heyəti ilə görüş - Fransanın müstəmləkəçilik siyasəti pisləndi

Bu gün Milli Məclisdə Yeni Koledoniya nümayəndə heyəti ilə deputatlar arasında görüş keçirilib.

"Operativ Media" nın məlumatına görə, görüşdə Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo, Huailou şəhər merinin müavini Cin Klaude Kaparin, Fransa Qvineyasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının siyasi bürosunun üzvü, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun üzvü Mauris Pindard, Fransa Qvineyasının Sosial azadlığı və dekolonizasiyası naminə hərəkatının siyasi bürosunun üzvü Hektor Pindard, Martinikanın Azadlığı Partiyasının sədri, Martinika Assambleyasının üzvü, Bakı Təşəbbüs Qrupunun üzvü Lyuk Frensis Kerol, Yeni Kaledoniya Əməkçilər Partiyasının üzvü Patrik Tara, Bakı Təşəbbüs Qrupunun sədri Abbas Abbasov iştirak edib.

Kaledoniya Birliyi Partiyasının baş katibinin müavini David Vanabo Fransanın Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik siyasəti barədə məlumat verib. David Vanabo Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfransının əhəmiyyətini qeyd edib, Bakı Təşəbbüs Qrupunun xalqlarının tələblərini dünyaya çatdırmaqda mühüm rol oynayacağına inandığını söyləyib.

Görüşdə Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin müstəqillik qazanmasının vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Fransa insanları məcburi köçkün vəziyyətinə salıb.

“Bizim əhali məcburi köçkün vəziyyətinə salınıb, öz torpaqlarımızda didərgin salınmışıq. Bildirilib ki, bu gün Azərbaycanda onlara dəstək verilməsini yüksək qiymətləndirirlər. Müstəqil Yeni Koledoniya dövlətini qurmaq istədiklərini vurğulayan görüş iştirakçıları Fransanın özünü insan haqlarını qoruyan ölkə kimi qələmə verdiyini, amma əslində belə olmadığını, Fransanın insan haqlarından sui-istifadə edərək müstəmləkəçilik siyasətini davam etdirdiyini diqqətə çatdırıblar.

O da nəzərə çatdırılıb ki, Fransa Kaledoniyanın nikel də daxil olmaqla, təbii resurslarını mənimsəyir və Kaledoniya xalqı bu sərvətlərdən heç bir fayda görmür. Həmçinin, son 20 ildə Yeni Kaledoniyada demoqrafik tərkibin məqsədyönlü şəkildə dəyişdirilməsi siyasəti həyata keçirilir, fransızlar Yeni Kaledoniyaya köçürülür. İnzibati işlərdə çalışanların artıq 50 faizi fransızlardır.

Milli Məclisin deputatı Azər Kərimli Azərbaycanın Yeni Koledoniya xalqının müstəqillik uğrunda mübarizəsini dəstəklədiyini bildirib.

“Fransanın beynəlxalq hüquqa zidd siyasətinə qarşı birgə mübarizə aparmalıyıq. İş o yerə çatıb ki, Fransa Azərbaycana multikulturalizim, müxtəlif dinlərin nümayəndələrinin birgə yaşayışını öyrətmək istəyir. Hər kəs yaxşı bilir ki, Azərbaycan özü multikulturalizm məsələsində dünyaya bir nümunədir”.

Yeni Koledoniya nümayəndə heyəti haqlı mübarizələrində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.

Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.

BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

İranın birinci vitse-prezidenti Ermənistana səfərə gedib

Bayden: Bizə indi atəşkəs lazımdır

Bayden: Bizə indi atəşkəs lazımdır

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu