http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dövlət Sərhəd Xidməti iki azyaşlının ölkəyə girişinə niyə icazə verməyib? - Sosial şəbəkələrdə qınanılan hadisə ilə bağlı AÇIQLAMA

21 İyul 2023 , 15:17
Dövlət Sərhəd Xidməti iki azyaşlının ölkəyə girişinə niyə icazə verməyib? - Sosial şəbəkələrdə qınanılan hadisə ilə bağlı AÇIQLAMA

Problemləri işıqlandırmaq üçün ən yaxşı vasitə olan sosial şəbəkələrdə bu dəfə də Danimarkada yaşayan azərbaycanlı ana, 7 və 16 yaşlı iki uşağının başına gələn hadisə barədə yazılıb. Belə ki, onlar Azərbaycana keçmək istədikləri zaman sənədlərində problem aşkarlanıb və buna görə də ananın ölkəyə girişinə icazə verilsə də, uşaqlar Danimarkaya geri qaytarılıb. Uşaqların valideynsiz geri qaytarılması və vətəndaşın öz ölkəsinə uşaqları ilə birgə girişinə icazə verilməməsi ictimaiyyət tərəfindən qınanılıb.

Belə problemlərin yaranması təqdirində vətəndaşın nə etməli olduğu barədə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov “Operativ Media”ya verdiyi açıqlamada qeyd edib ki, burada uşaqların hansı ölkənin vətəndaşı olması vacib məqamdır:

“Adətən, sənədlər qaydasında olmadığı zaman uşaqlar ya valideynləri tərəfindən, ya yaxınları tərəfindən müşayiət olunaraq həmin ölkəyə qaytarılır. Konkret prosedurlar var, beynəlxalq hüququn da tələbinə görə mütləq uşaqlar kiməsə təhkim olunmalıdır. Digər tərəfdən onlar bir neçə ölkənin sərhədini keçirlər. Ən azından sənədlərə baxış keçirilir və orada hər hansı bir problem aşkarlanarsa, bu, üçüncü ölkədə də aşkarlana bilərdi. Dövlət Sərhəd Xidməti həmin şəxsləri ölkə ərazisinə buraxmayıbsa, deməli, onların sənədlərində həqiqətən ciddi problemlər olub. Amma qeyd etmək lazımdır ki, Dövlət Sərhəd Xidməti istənilən halda məsələlərə sırf humanizm prinsiplərinə uyğun olaraq münasibət bildirir. Lakin belə qərəzli durumlarda Azərbaycanın və Danimarkanın müvafiq qurumları arasında müəyyən yazışmalar aparılır, problem araşdırılır və bu mümkün olduğu təqdirdə şəxslərin ölkə ərazisinə daxil olmalarına şərait yaradılır. Sosial şəbəkələrdə əksini tapan bu vəziyyətin həlli istiqamətində qanunvericiliyə uyğun olaraq müvafiq addımlar həyata keçiriləcək”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • 10:52

    DİN: Dələduzluğa görə axtarılan şəxslər saxlanılıb
  • 10:44

    Fərid Hüseynov: "Bakı-Füzuli-Bakı aviareysi Qarabağın digər ərazilərinə rahat səfər imkanı yaradacaq"
  • 10:35

    UEFA-dan AFFA rəsmisinə təyinat
  • 10:07

    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
    FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 09:49

    Faktiki hava açıqlanıb
  • 09:34

    Ucarda çətənə kolları yetişdirən şəxs saxlanılıb
  • 09:30

    Neft qiymətləri ucuzlaşıb
  • 09:26

    Paris-2024: Bu gün 5 Azərbaycan idmançısı mübarizəyə başlayır
Menyu