Menyu

İsrail uzunmüddətli perspektivdə Qəzzada qalmayacaq

Əsəd Abbaslı
İsrail uzunmüddətli perspektivdə Qəzzada qalmayacaq
1 dəq oxu

İsrailin Qəzza zolağını idarə etməyi uzunmüddətli məqsəd kimi hədəfləmir, lakin təhlükəsizliyi təmin etmək üçün bir müddət anklavda qalacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.

“Qəzzada olmaq bizim uzunmüddətli hədəfimiz deyil. Düşünürəm ki, gələcəkdə təhlükəsizliyi təmin etmək üçün bölgədə qalacağıq, lakin Qəzzada gündəlik həyatı idarə etmək istəyimiz yoxdur”, - o deyib.

Danon həmçinin əlavə edib ki, İsrail hakimiyyəti Fələstin anklavında humanitar yardımın paylanmasını nəzarətə götürmək istəmir.

Əlaqəli Xəbərlər