Menyu

Avstraliya Ukraynaya 164 milyon dollar hərbi yardım göndərmək niyyətindədir

Nərmin Qocamanlı
Avstraliya Ukraynaya 164 milyon dollar hərbi yardım göndərmək niyyətindədir

Avstraliya hökuməti Ukraynaya 164 milyon dollar məbləğində yeni hərbi yardım paketi göndərəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Avstraliya baş nazirinin müavini və müdafiə naziri Riçard Marles bildirib.

“Təxminən 245 milyon Avstraliya dolları [164 milyon dollar] dəyərində olan bu paket Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü və hərəkətliliyini artıracaq və Ukrayna zirehli briqadalarına dəstək verən tərəfdaş ölkələrin səylərini tamamlayacaq”, - deyə Marles bildirib.

Nazir həmçinin qeyd edib ki, Avstraliyanın 2022-ci ilin fevral ayından Ukraynaya göstərdiyi hərbi yardımın ümumi məbləği 1,3 milyard Avstraliya dollarını (870 milyon dollardan çox) ötüb. Daha 200 milyon Avstraliya dolları (təxminən 134 milyon dollar) humanitar yardım kimi Kiyevə ayrılıb.

Teqlər:

"Avstraliya Ukraynaya 164 milyon dollar h\u0259rbi yard\u0131m g\u00f6nd\u0259rm\u0259k niyy\u0259tind\u0259dir"

Əlaqəli Xəbərlər