Türkiyənin İzmir vilayətində meşə yanğını başlayıb
Türkiyənin İzmir vilayətində meşə yanır.
"Operativ Media" “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə Dikili rayonunda qeydə alınıb.
Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.