Menyu

Ukraynaya məxsus beş pilotsuz təyyarə Oryol vilayəti üzərində məhv edilib

Əsəd Abbaslı
Ukraynaya məxsus beş pilotsuz təyyarə Oryol vilayəti üzərində məhv edilib
1 dəq oxu

Hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələrinə məxsus daha 5 pilotsuz təyyarəni Oryol vilayəti üzərində məhv edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 17-də, Moskva vaxtı ilə saat 16:40-dan 17:30-a qədər Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Pilotsuz uçuş aparatları Oryol vilayətinin ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, – məlumatda deyilir.

Əlaqəli Xəbərlər