Menyu

Rutte: NATO-da Şimali Koreya ordusunun Ukraynada olmasına dair heç bir sübut yoxdur

Əsəd Abbaslı
Rutte: NATO-da Şimali Koreya ordusunun Ukraynada olmasına dair heç bir sübut yoxdur

NATO Şimali Koreya qoşunlarının Ukraynada hər hansı şəkildə iştirak etdiyini təsdiqləməyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Alyansın baş katibi Mark Rutte NATO müdafiə nazirlərinin görüşünün ilk gününün yekunlarına dair mətbuat konfransında bildirib.

“NATO-nun Ukraynada KXDR ordusunun olmasına dair heç bir sübutu yoxdur", - Mark Rutte deyib.

Eyni zamanda, onun sözlərinə görə, NATO hesab edir ki, KXDR Rusiyaya hərbi yardım edir, silah və texnologiya tədarük edir.

O qeyd edib ki, NATO-nun müdafiə nazirləri Şimali Koreya, Çin və İranın münaqişədə iddia edilən rolunu müzakirə ediblər.

Oktyabrın 16-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, səlahiyyətləri may ayında başa çatan Zelenski xüsusi əməliyyatda kimin iştirak etdiyi mövzusunu şərh etməməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər