Menyu

Zelenski: Almaniya Ukraynanın NATO-ya dəvət edilməsinə qarşıdır

Əsəd Abbaslı
Zelenski: Almaniya Ukraynanın NATO-ya dəvət edilməsinə qarşıdır

Almaniya Kiyevin NATO-ya dəvətinə şübhə ilə yanaşır, Ukrayna və ABŞ-ın bu məsələdə mövqeləri yaxınlaşıb.

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, ötən həftə və bu həftə Avropaya səfərləri zamanı, o cümlədən Almaniya kansleri Olaf Şolstla görüşdə Ukraynanın NATO-ya üzvlük məsələsini müzakirə edib.

“Biz Ukraynanın NATO-da gələcəyi haqqında çox danışdıq, mən inanıram ki, bu gün almanlar NATO və ABŞ-a həmişəkindən daha yaxındırlar.", - Zelesnki bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Zelenski Ali Radada münaqişəyə son qoymaq planını təqdim edib. Onun prioritetlərindən biri Ukraynanı dərhal NATO-ya dəvət etməkdir.

Oktyabrın 18-də Scholz Berlində ABŞ prezidenti Co Baydenlə keçirdiyi mətbuat konfransında Şimali Atlantika Alyansının Ukrayna münaqişəsinə qarışmasının fəlakətlə nəticələnəcəyini və belə bir inkişafın qarşısı alınmalı olduğunu bəyan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər