Menyu

Ukrayna Çin, Hindistan və Cənubi Afrikanın təkliflərini “sülh planı”na daxil etməyə hazırdır

Əsəd Abbaslı
Ukrayna Çin, Hindistan və Cənubi Afrikanın təkliflərini “sülh planı”na daxil etməyə hazırdır

Kiyev G20 sammitində Ukraynadakı münaqişənin həlli ilə bağlı Çin, Hindistan və Cənubi Afrikanın təkliflərini müzakirə etməyə hazırdır.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski Ukrayna telemarafonunda yayımlanan mətbuat konfransında bildirib.

"Çinin, Braziliyanın, Afrikanın öz ideyaları, öz düsturları, təklifləri var. Noyabrda yaxşı bir fürsət olacaq. Biz onların təkliflərini qəbul edə bilərik və bütün bunları dünya bir plan ətrafında birləşdirsə, mən bunun tərəfdarıyam.", - deyə Zelesnki bildirib.

Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Braziliya-Çin sülh planını kəskin tənqid edib və dağıdıcı adlandırıb.

Bu yaxınlara qədər Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri postunu tutan Dmitri Kuleba etiraf edib ki, ölkə hakimiyyəti onların təbliğ etdikləri “sülh formulası” ilə Braziliya və Çinin planı arasında rəqabət hiss edir.

Teqlər:

"Ukrayna \u00c7in Hindistan v\u0259 C\u0259nubi Afrikan\u0131n t\u0259klifl\u0259rini \u201cs\u00fclh plan\u0131\u201dna daxil etm\u0259y\u0259 haz\u0131rd\u0131r"

Əlaqəli Xəbərlər