Menyu

Putin G20 sammitinə getməyəcək

Əsəd Abbaslı
Putin G20 sammitinə getməyəcək

Rusiya prezidenti Vladimir Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcək.

"Operativ Media" “Vedomosti”ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı BRİKS ölkələrinin aparıcı media qurumlarının rəhbərləri ilə görüşündə bildirib.

Putin xatırladıb ki, Rusiyada vəziyyət ağırdır və Ukrayna böhranı hələ bitməyib.

“Braziliya prezidenti Luis İnasiu Lula da Silva ilə əla dostluq münasibətlərim var. Mən ora xüsusi olaraq forumun normal fəaliyyətini pozmaq üçün gedəcəyəm? Bu halda biz faktiki olaraq, G20-nin işini pozacağıq. Moskva Braziliyada keçiriləcək G20 sammitində Rusiyanın maraqlarını layiqincə təmsil edəcək birini tapacaq”, – deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-19-da Rio-de-Janeyroda keçiriləcək.

Teqlər:

"Putin G20 sammitin\u0259 getm\u0259y\u0259c\u0259k"

Əlaqəli Xəbərlər