“Regiondan kənar ölkələr Qafqazda öz şərtlərini və sxemlərini tətbiq etməyə çalışırlar”.
"Operativ Media" xəbər verir ki, bunu İstanbulda keçirilən 3+3 Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının 3-cü Toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrovun sözlərinə görə, hazırda Cənubi Qafqazın təhlükəsizliyinə təhdidlər var:
“Regiondan kənar ölkələrin Qafqazda tətbiq etməyə çalışdığı sxemlər region ölkələrinin maraqlarına uyğun problemlərin həllinə yönəlməyib. Bu sxemlər region ölkələrinin Rusiya ilə əməkdaşlıq imkanlarını pozmaq cəhdlərindən irəli gəlir”.