Menyu

İŞİD qruplaşmasının iki üzvü həbs olunub

İŞİD qruplaşmasının iki üzvü həbs olunub

İspaniyanın şimalında İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına mənsub olmaqda şübhəli bilinən iki nəfər həbs edilib.

"Operativ Media" xəbər verir ki, İspaniya polisi və Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin birgə məlumatına görə, şübhəlilər İtsasondo və Avil şəhərlərində saxlanılıblar.

Bu ilin əvvəlindən şübhəlilər ciddi şəkildə izlənilirdi. Onlar əvvəlcə sosial şəbəkələrdə İŞİD-i, zorakılıq və terrorizmi təbliğ edən mesajlar yazdıqları üçün diqqəti cəlb ediblər.

İspaniya polisi Mərakeş Milli Ərazi Nəzarəti Baş İdarəsinin dəstəyindən istifadə edərək artıq bir neçə terrorçunu yaxalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər