Menyu

Yeni Kaledoniyada komendant saatı uzadılıb

Əsəd Abbaslı
Yeni Kaledoniyada komendant saatı uzadılıb

Fransa hakimiyyəti Yeni Kaledoniyada komendant saatını noyabrın 4-dək uzadıb.

"Operativ Media" xəbər verir ki, buna səbəb Yeni Kaledoniyada hələ də iğtişaşların davam etməsidir.

Yeni qərara əsasən, gecə hərəkətini qadağan edən bu rejim mayın 17-dən qüvvədədir. Hakimiyyət həmçinin idman yarışları istisna olmaqla, hər hansı kütləvi tədbirin keçirilməsi imkanını məhdudlaşdırıb. Etirazları yatırmaq üçün Yeni Kaledoniyaya əlavə polis qüvvələri göndərilib.

Bildirilib ki, mayın 13-də arxipelaqın inzibati mərkəzi Noumea şəhərində yerli seçkilər üçün seçici siyahılarının genişləndirilməsi ilə bağlı Fransa qanun layihəsinə görə iğtişaşlar baş verib. İğtişaşlar zamanı iki jandarm daxil olmaqla, 13 nəfər həlak olub. Həmçinin yüzlərlə sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə dəymiş ziyan ən azı 2,2 milyard avro məbləğində qiymətləndirilir.

Qeyd edək ki, iğtişaşlara səbəb olan sənəd layihəsi Yeni Kaledoniyada 10 ildən artıq yaşayan şəxslərə regional seçkilərdə səsvermə hüququnu nəzərdə tutur. İndiyədək yalnız 1998-ci ildə xarici ərazinin muxtariyyətini genişləndirən Noumea Müqaviləsi zamanı seçicilər siyahısında olan vətəndaşlar səsvermə hüququna malik idilər. Yeni Kaledoniyanın arxipelaq əhalisinin 41,2%-i qanunvericilikdəki yeniliklərə qarşı çıxıb, onlar yeni seçicilərin axınının onların siyasi təsirlərini azaldacağına inanırlar.

Teqlər:

"Yeni Kaledoniyada komendant saat\u0131 uzad\u0131l\u0131b"

Əlaqəli Xəbərlər