Menyu

Ukraynanın baş prokuroru qanunsuzluqlar səbəbindən istefa verib

Əsəd Abbaslı
Ukraynanın baş prokuroru qanunsuzluqlar səbəbindən istefa verib

Ukraynanın baş prokuroru Andrey Kostin prokurorluq orqanlarındakı çoxsaylı qanunsuzluqlar səbəbindən istefa verib.

"Operativ Media" xəbər verir ki, bu barədə qərar bir qədər əvvəl açıqlanıb.

Qeyd edək ki, oktyabrın 16-da ukraynalı jurnalist Yuri Butusov Xmelnitsk vilayətində 49 prokurorun saxta əlillik dərəcələri alması, eləcə də prokurorluq orqanlarına işə qəbulla bağlı yol verilən nöqsanlar barədə xəbər yayıb. Bundan sonra baş prokuror Kostin faktla bağlı xidməti araşdırmanın başlandığını bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının bugünkü iclasında sözügedən faktı sərt tənqid edib. O eyni zamanda, ölkədə əlillik dərəcələrinin verilməsində şəffaflığın təmin edilməli olduğunu da söyləyib. Sonda Zelenski prokurorluq orqanlarında kadr dəyişikliklərinin zəruriliyindən danışıb.

Teqlər:

"Ukraynan\u0131n ba\u015f prokuroru qanunsuzluqlar s\u0259b\u0259bind\u0259n istefa verib"

Əlaqəli Xəbərlər