Menyu

Bayden Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb - YENİLƏNİB

Əsəd Abbaslı
Bayden Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb - YENİLƏNİB

ABŞ prezidenti Co Bayden Ermənistanın baş naziri Nikol Paşinyana məktub ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, Bayden məktubda Paşinyanı Azərbaycanla sülh müqaviləsi üzərində işi bu il başa çatdırmağa çağırıb.

Bayden deyib ki, sülh sazişinin qalan hissələrinin yekunlaşdırılması əzmkarlıq, ixtiraçılıq və güzəşt tələb edəcək.

“Lakin siz vətənpərvərliyi siyasətdən üstün tutmaqla cəsarət və ardıcıl olaraq sülh yolunu seçdiniz. Mən sizi sazişi bu il yekunlaşdırmağa çağırıram”, - məktubda deyilir.

Baydenin sözlərinə görə, ABŞ administrasiyası sülhə yol açmağa kömək edəcək cəsarətli təşəbbüslər göstərməyə hazırdır.

O qeyd edib ki, sülh sazişi Ermənistanın birliyinə, suverenliyinə və ərazi bütövlüyünə təminat verəcək, erməni xalqının təhlükəsizliyini və sabitliyini təmin edəcək, bütün Cənubi Qafqaz regionunu transformasiya edəcək.

21:45

ABŞ Prezidenti Co Bayden Ermənistanın Baş naziri Nikol Paşinyana məktub göndərib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Sputnik-Armenia” teleqram kanalı məlumat yayıb.

Məktub Paşinyana ABŞ prezidentinin xüsusi köməkçisi Maykl Karpenter və Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə müşaviri Lui Bononun İrəvana səfəri zamanı verilib.

Onun məzmunu haqda məlumat verilməyib.

 

Teqlər:

"Bayden Pa\u015finyan\u0131 Az\u0259rbaycanla s\u00fclh m\u00fcqavil\u0259si \u00fcz\u0259rind\u0259 i\u015fi bu il ba\u015fa \u00e7atd\u0131rma\u011fa \u00e7a\u011f\u0131r\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər