Menyu

ABŞ-də “McDonald's” şəbəkəsində zəhərlənmə olub, 1 nəfər ölüb

Əziz Əzizli
ABŞ-də “McDonald's” şəbəkəsində zəhərlənmə olub, 1 nəfər ölüb

ABŞ-də “McDonald's” “fast food” şəbəkəsində bağırsaq çöpü bakteriyasına yoluxmuş bir nəfər ölüb, daha on nəfər xəstəxanaya yerləşdirilib.

"Operativ Media"nın xəbərinə görə, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat verib.

"Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda E. coli o157:H7 ştamına 49 yoluxma qeydə alınıb", - məlumatda deyilir.

Məlumata görə, ilk zəhərlənmə halları 27 sentyabrda qeydə alınıb. İyirmi səkkiz yoluxmuş şəxs haqqında rəsmi məlumat var. Kolorado ştatından bir nəfər bakteriyanın səbəb olduğu hemolitik-uremik sindromun (kiçik damarlarda həyati orqanlara, xüsusən böyrəklərə qan tədarükünü maneə törədən qan laxtalarının əmələ gəlməsi ilə xarakterizə olunan patoloji vəziyyət-red) inkişafı nəticəsində ölüb.

Epidemioloji məlumatlara görə, “McDonald”s ziyarətçiləri "Royal Çizburger"dən zəhərləniblər. Mərkəz bildirib ki, xəstələrin indiki sayı daha çox ola bilər və təsdiqlənmiş on ştatla məhdudlaşmır.

Teqlər:

"AB\u015e-d\u0259 \u201cMcDonald's\u201d \u015f\u0259b\u0259k\u0259sind\u0259 z\u0259h\u0259rl\u0259nm\u0259 olub 1 n\u0259f\u0259r \u00f6l\u00fcb"

Əlaqəli Xəbərlər