Menyu

TUSAŞ-ın obyektində baş verən terrorda 5 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB

Əsəd Abbaslı
TUSAŞ-ın obyektində baş verən terrorda 5 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB

Türkiyədə terror aktı zamanı həlak olanların sayı 5 nəfərə, yaralıların sayı 22 nəfərə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

22:04

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

"Operativ Media" xəbər verir ki, Türkiyə lideri bunu Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

19:26

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

18:55

TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.

"Operativ Media" xəbər verir ki, ilkin məlumata görə, üç terrorçu nəzarət-buraxılış məntəqəsinə partlayıcı qurğu ataraq müəssisənin ərazisinə girib.

Terrorçuların insanları girov götürdüyü ehtimal olunur. Polis ərazini mühasirəyə alıb.

18:25

Türkiyə daxili işlər naziri Əli Yerlikaya terror hadisəsi zamanı ölən və yaralananların olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, o bu barədə  "X" platformasında paylaşım edib.

***

Türk Aerokosmik Sənayesinin (TUSAŞ) Ankaradakı baş qərargahının qarşısında partlayış və silah səsləri eşidilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. 

Partlayışın səbəbləri hələ məlum deyil.

 

 

Teqlər:

"TUSA\u015e-\u0131n obyektind\u0259 ba\u015f ver\u0259n terrorda 5 n\u0259f\u0259r \u00f6l\u00fcb 22 n\u0259f\u0259r yaralan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər