Menyu

ABŞ-nin hərbi anbarında yanğın baş verib

Əsəd Abbaslı
ABŞ-nin hərbi anbarında yanğın baş verib

Koreyanın cənub-şərqində yerləşən Busan şəhərində Amerika hərbçiləri üçün 55-ci təchizat anbarında yanğın baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə KBS telekanalı məlumat yayıb.dün

Bildirilir ki, yanğın şəhərin mərkəzində yerləşdiyi üçün Busan hakimiyyəti vətəndaşların təhlükəsizliyinə xüsusi diqqət yetirir. Sakinlərə fövqəladə hallarda necə davranmaq barədə tövsiyələr olan mesajlar göndərilib.

Hazırda hadisə yerində 160-dan çox fövqəladə hallar xidmətinin əməkdaşı və 50-dən çox texnika çalışır. Onlar bir neçə saatdır ki, yanğını nəzarət altına almağa çalışsalar da, hələ ki, uğursuz alınıb.

Anbarın ABŞ hərbi texnikasının saxlanması üçün istifadə olunuduğu bildirilib. 

Hələlik itkilər barədə məlumat verilməyib. 

Teqlər:

"AB\u015e-nin h\u0259rbi anbar\u0131nda yan\u011f\u0131n ba\u015f verib"

Əlaqəli Xəbərlər