Menyu

Gürcüstanda strateji obyekt statusuna malik inzibati binaların siyahısı təsdiqlənib

Nərmin Qocamanlı
Gürcüstanda strateji obyekt statusuna malik inzibati binaların siyahısı təsdiqlənib

Gürcüstan hökuməti bloklanması cinayət məsuliyyətinə səbəb ola biləcək strateji obyekt statusuna malik inzibati binaların siyahısını təsdiqləyib.

"Operativ Media" "Sputnik Georgia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərar imzalayıb.

Qərara əsasən, strateji obyektlərin ələ keçirilməsi və ya bloklanması dörd ilə qədər həbs cəzası ilə cəzalandırılır, terror hərəkətləri halında isə bu cəza 10 ildən 15 ilə qədərdir.

Strateji obyektlərə aşağıdakılar daxildir:


- Gürcüstan parlamenti
- Acarıstanın Ali Şurası
- nazirliklər
- yerli özünüidarə orqanları
- məhkəmələr və prokurorluq
- Dövlət Təhlükəsizlik Xidməti və kəşfiyyat xidməti
- Gürcüstan Milli Bankı
- səfirliklər və konsulluqlar
- Gürcüstanın Mərkəzi Seçki Komissiyası
- Gürcüstan Patriarxiyası
- dövlət sərhəd keçid məntəqələri
- enerji və su təchizatı ilə əlaqəli obyektlər
- tibb müəssisələri, televiziya və radio şirkətlərinin binaları
- limanlar, dəmir yolları, metro və hava limanları

Teqlər:

"G\u00fcrc\u00fcstanda strateji obyekt statusuna malik inzibati binalar\u0131n siyah\u0131s\u0131 t\u0259sdiql\u0259nib"

Əlaqəli Xəbərlər