Türkiyə Silahlı Qüvvələri ötən gün İraqın şimalında keçirdiyi əməliyyatlara 30 PKK terrorçusunu zərərsizləşdirib.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Ötən gecə (24 oktyabr) İraqın şimalında Hakurk, Qara, Qəndil və Sincarda 34 terrorçu hədəfə qarşı həyata keçirilən hava əməliyyatlarında ilkin təsbitlərə görə 30 PKK terrorçusu zərərsizləşdirilib.
Terrorçuların yuvalarını dağıtmağa davam edəcəyik", - məlumatda qeyd olunub.