Menyu

Haq: Biz Zelenski və Baş katib üçün görüşü təmin etmək məqsədilə son günə qədər çalışırıq - YENİLƏNİB

Əsəd Abbaslı
Haq: Biz Zelenski və Baş katib üçün görüşü təmin etmək məqsədilə son günə qədər çalışırıq - YENİLƏNİB

BMT sözçüsünün müavini Farhan Haq Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş katibi Antoniu Quterrişin ölkəyə səfər etmək istəyini rədd etdiyi iddialarının yalan olduğunu bildirib.

"Operativ Media" xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran BMT rəsmisi Baş katibin Ukraynaya səfər edəcəyini və bununla bağlı Zelenskinin Ofisi ilə tarix dəqiqləşdirilməsi üzərində iş aparıldığını qeyd edib: "Bildirmək istəyirəm ki, biz Zelenski və Baş katib üçün uyğun zamanda görüşü təmin etmək məqsədilə son günə qədər çalışırıq".

Qeyd edək ki, Ukrayna KİV-lərində yayılan xəbərdə, Baş katibin Kazanda keçirilən BRIKS sammitində iştirakı səbəbindən Zelenskinin onu Ukraynaya dəvət etməkdən imtina etdiyi qeyd olunub.

21:48

Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterrişin ölkəyə səfər etmək istəyini rədd edib.

"Operativ Media" xəbər verir ki, buna Baş katibin Kazanda keçirilən BRICS sammitində iştirakı səbəb olub.

"Quterriş Kazandan sonra Ukraynaya gəlmək istəyirdi, lakin Prezident onun səfərini təsdiq etmədi. Buna görə də Quterriş burada olmayacaq”, - Ukrayna prezident administrasiyasındakı mənbə bildirib.

Ukrayna Xarici İşlər Nazirliyi Quterrişin Kazana səfərini tənqid edərək, onun iyunda Ukraynanın İsveçrədə təşkil etdiyi sülh sammitində iştirak etmədiyini xüsusi vurğulayıb. “Bu, sülh işinə töhfə verməyən səhv seçimdir. Bu, yalnız BMT-nin nüfuzuna xələl gətirir”, - qurumdan vurğulanıb.

Teqlər:

"Haq: Biz Zelenski v\u0259 Ba\u015f katib \u00fc\u00e7\u00fcn g\u00f6r\u00fc\u015f\u00fc t\u0259min etm\u0259k m\u0259qs\u0259dil\u0259 son g\u00fcn\u0259 q\u0259d\u0259r \u00e7al\u0131\u015f\u0131r\u0131q - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər