Menyu

BMT Təhlükəsizlik Şurasının İsrailin İrana zərbəsi ilə bağlı iclası keçiriləcək

Əsəd Abbaslı
BMT Təhlükəsizlik Şurasının İsrailin İrana zərbəsi ilə bağlı iclası keçiriləcək
1 dəq oxu

BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə bağlı iclası oktyabrın 28-də keçiriləcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə TASS-ın müxbirinə dünya təşkilatındakı mənbə məlumat verib.

"Oktyabrın 28-də saat 15:00-da İran İslam Respublikasının müraciəti əsasında Əlcəzair, Çin və Rusiya Federasiyasının dəstəyi ilə Yaxın Şərq üzrə Təhlükəsizlik Şurasının iclası keçiriləcək" - agentliyin həmsöhbəti vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İranın BMT-dəki Daimi Nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının sədri kimi İsveçrədən İsrailin zərbəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırmağı xahiş etmişdi.

Əlaqəli Xəbərlər