Rusiyada AN-2 təyyarəsi qəza enişi edib
Əsəd Abbaslı
Rusiyanın Stavropol diyarında sərt eniş edən AN-2 təyyarəsinin göyərtəsində doqquz nəfər olub, onlardan dördü yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi teleqram kanalında məlumat yayıb. "Hadisə zamanı təyyarədə aralarında 8 yaşlı uşaq da olmaqla, doqquz nəfər olub. Dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. Ölənlər yoxdur", - nazirlikdən bildirilib.
Hadisə yerində FHN-in 11 əməkdaşı və beş texnika işləyir.
Xatırladaq ki, ötən gün Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib. Hadisə zamanı 3 nəfər ölüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net