Menyu

Hollandiya hakimiyyəti Çin, Rusiya və Türkiyəni kiberhücumlarda şübhəli bilir

Əsəd Abbaslı
Hollandiya hakimiyyəti Çin, Rusiya və Türkiyəni kiberhücumlarda şübhəli bilir

Hollandiya hakimiyyəti Çin, Rusiya və Türkiyəni kiberhücumlarda şübhəli bilir.

"Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, terrorla mübarizə və təhlükəsizlik üzrə milli koordinator Pieter-Jap Aalbersbergin hesabatına görə, Hollandiya səlahiyyətliləri Çin, Rusiya və Türkiyəni ölkəyə və onun müttəfiqlərinə kiberhücumlar həyata keçirməkdə şübhəli bilirlər.

"Kiberməkanda hökumət kampaniyalarının sürəti və mürəkkəbliyi artır", - deyə o bildirib.

Rəsminin sözlərinə görə, son vaxtlara qədər Çin əsasən casusluqla məşğul olub, lakin sürətli irəliləyiş “Çinin kibertəxribat proqramını yaxın illərdə Hollandiya üçün potensial təhlükəyə çevirir”.

Pieter-Jap Aalbersbergin əlavə edib ki, Rusiya təxribat məqsədi ilə artan kiber əməliyyatların köməyi ilə Aİ və NATO ölkələrinin kritik infrastrukturuna nüfuz etməyə çalışır.

Teqlər:

"Hollandiya hakimiyy\u0259ti \u00c7in Rusiya v\u0259 T\u00fcrkiy\u0259ni kiberh\u00fccumlarda \u015f\u00fcbh\u0259li bilir"

Əlaqəli Xəbərlər