Lipetsk vilayəti üzərində beş Ukrayna PUA-sı məhv edilib
Əsəd Abbaslı
Lipetsk vilayəti üzərində Ukraynaya məxsus 5 təyyarə tipli pilotsuz uçuş aparatı məhv edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 28-də Moskva vaxtı ilə saat 16:00-dan 16:45-ə qədər Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Lipetsk vilayətinin ərazisi üzərində Ukraynanın beş pilotsuz uçuş aparatını ələ keçirib və məhv edib”, - Müdafiə Nazirliyi bildirir.
Teqlər:
"Lipetsk vilay\u0259ti \u00fcz\u0259rind\u0259 be\u015f Ukrayna PUA-s\u0131 m\u0259hv edilib"