Menyu

Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Əsəd Abbaslı
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Böyük Britaniya Sosial Layihələndirmə Agentliyi (SLA), “Dialoq” Muxtar Qeyri-Kommersiya Təşkilatı (MQKT) və “Struktura” şirkətlər qrupuna qarşı növbəti anti-Rusiya məhdudiyyətləri çərçivəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.

Siyahıya əsasən, ölkəyə giriş qadağası və aktivlərin aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını ehtiva edən məhdudiyyətlər Sosial Layihələndirmə Agentliyini və “Struktura”nın direktoru İlya Qambaşidze, SLA-nın proqram direktoru Andrey Perla və "Struktura"nın baş direktoru Nikolay Tupikini əhatə edib.

Teqlər:

"Britaniya Rusiyaya qar\u015f\u0131 yeni sanksiyalar t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər