Menyu

Ankaradakı terror aktından sonra 213 terrorçu məhv edilib

Əsəd Abbaslı
Ankaradakı terror aktından sonra 213 terrorçu məhv edilib

Oktyabrın 23-də Ankarada törədilən terror aktından sonra 213 terrorçu məhv edilib.

"Operativ Media" xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“470-dən çox nöqtə hədəf alındı. Məsul cinayətkarlar da daxil olmaqla ümumilikdə 213 terrorçu məhv edilib.

Türkiyə Silahlı Qüvvələrimiz və MİT şəhidlərimizin qanını yerdə qoymadı. Terror təşkilatlarına komandanlıq edərək ölkəmizin gündəmini müəyyənləşdirməyə çalışanları da məyus edəcəyik. Türkiyəyə xəyanət edənlərin aqibəti pis olacaq”, - Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ankarada TUSAŞ-ın istehsal zavoduna terror hücumu olub. Hadisə nəticəsində 5 nəfər həlak olub, 22-si yaralanıb.

Teqlər:

"Ankaradak\u0131 terror akt\u0131ndan sonra 213 terror\u00e7u m\u0259hv edilib"

Əlaqəli Xəbərlər