Gürcüstanda parlament seçkilərinin yenidən keçirilməsi tələb edilib
Əsəd Abbaslı
Gürcüstan müxalifəti təkrar parlament seçkilərinin keçirilməsində israrlıdır.
"Operativ Media" xəbər verir ki, bunu Tbilisidə keçirilən mitinqdə deputat, “Birlik – Milli Hərəkat” koalisiyasının nümayəndəsi Georgi Vaşadze deyib.
"Bizim tələbimiz yeni seçkilərin keçirilməsidir, ancaq onları beynəlxalq seçki administrasiyası keçirsin", - deyə Vaşadze etirazçılara müraciət edib.
Müxalifətin digər tələbi də seçkilərdə səs vermiş şəxslərin siyahılarının açılmasıdır. Hakimiyyət əleyhdarları hesab edirlər ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatlarından fərqli olaraq seçkilərdə aktivlik çox aşağı olub.
Teqlər:
"G\u00fcrc\u00fcstanda parlament se\u00e7kil\u0259rinin yenid\u0259n ke\u00e7irilm\u0259si t\u0259l\u0259b edilib"