Avropa Komissiyasının Prezidenti NATO-nun Baş naziri ilə görüşüb
Əsəd Abbaslı
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen NATO-nun Baş naziri Mark Rutte ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, görüşdə Aİ və Alyans arasındakı sıx və strateji tərəfdaşlığın əhəmiyyəti müzakirə edilib.
Onlar Şimali Koreya qoşunlarının Rusiyanın işğalçılıq müharibəsinə dəstək olaraq göndərməsinin Ukraynaya qarşı müharibənin əhəmiyyətli dərəcədə genişlənməsinə, Avropanın təhlükəsizliyinə və qlobal sülhə ciddi təhdid olduğunu vurğulayıblar.
Onlar, həmçinin avtoritar dövlətlərin dünya səhnəsində artan iddialılığını müzakirə ediblər:
"Bu dövlətlər bir çox vasitələrdən siyasi, iqtisadi, texnoloji və hərbi vasitələrdən istifadə edərək bizim ümumi maraqlarımıza, dəyərlərimizə və demokratik prinsiplərimizə meydan oxuyurlar".
Qeyd edilib ki, bu təhdid və çağrışları həll etmək üçün Von der Leyen və Rutte mövcud Aİ-NATO əməkdaşlığını gücləndirmək üçün yeni yüksək səviyyəli işçi qrupu yaratmaq barədə razılığa gəliblər.
Teqlər:
"Avropa Komissiyas\u0131n\u0131n Prezidenti NATO-nun Ba\u015f naziri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"