Menyu

ABŞ 32 nəfərə sanksiya tətbiq edib - YENİLƏNİB

Əsəd Abbaslı
ABŞ 32 nəfərə sanksiya tətbiq edib - YENİLƏNİB

ABŞ hökuməti Rusiyanın Ukraynada müharibə aparmasına kömək etdiyinə görə 400-ə yaxın fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib, məhdudiyyətlər Rusiyanın hərbi-sənaye kompleksinə və enerji sektoruna qarşı yönəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“Bu tədbirlər Rusiyanın hərbi səyləri üçün həyati əhəmiyyət kəsb edən bir sıra sektorlara qarşı yönəlib”, - Blinken bildirib.

Onun sözlərinə görə, məhdudiyyətlər çoxsaylı üçüncü ölkələrin qurumlarının, Rusiya Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının, müdafiə şirkətlərinin sanksiyalardan yayınmasına və gələcəkdə Rusiyanın enerji təchizatı və ixracının artırılmasını dəstəkləyən şəxslərə qarşı yönəlib.

21:04

ABŞ 32 nəfərə sanksiya tətbiq edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ Yunanıstan, Hindistan, Çin, Rusiya Federasiyası, Türkiyə, Çili və İsveçrə vətəndaşları da daxil olmaqla 32 şəxsə qarşı sanksiya tətbiq edib.

Ümumilikdə 20 Rusiya vətəndaşı ABŞ-ın məhdudlaşdırıcı tədbirlərinə məruz qalıb.

Bundan başqa, 2 Çin, 4 Türkiyə, 2 Hindistan, 2 İsveçrə, 1 Yunanıstan və 1 Çili vətəndaşı Amerika sanksiyalarına məruz qalıb.

Məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.

Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən “Transmaşholdinq” şirkətinin baş direktoru Kirill Lipa da məhdudiyyətlərlə üzləşib.

Teqlər:

"AB\u015e 32 n\u0259f\u0259r\u0259 sanksiya t\u0259tbiq edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər